"Maşın Şou"dakı qalibiyyətindən sonra populyarlığı daha da artan müğənni Talıb Tale toy qiymətini açıqlayıb.
Xəbərçi.az axşam.az-a istinadən məlumat verir ki, ifaçı "Hər şey daxil" verilişində son zamanlar ona tələbat artdığından qiymətləri də qaldırdığını deyib:
"Toylara mən kiçik heyətlə gedirəm. Heyətə isə 14-15 nəfər daxildir. Üstəlik, mahnılarımı canlı oxuyuram. İndi dekabrda tələbat artdığından, vaxtım da çox getdiyindən qiymət də artıb. Bir saatlıq toyu 3 min manata gedirəm. Bütün toyu isə 5-6 min manata aparıram. Konsert təklifləri də olur. Daha çox Rusiya şəhərlərindən dəvət edirlər".