Xərçəng xəstəliyinə tutulmuş azərbaycanlı məşhurlar - FOTOLAR

Xərçəng xəstəliyinə tutulmuş azərbaycanlı məşhurlar - FOTOLAR Bəşəriyyətin ən böyük bəlalarından biri olan xərçəng xəstəliyi Azərbaycan səhnəsindən də uzaq keçməyib. Bu xəstəlikdən əziyyət çəkən, buna qarşı mübarizə aparan və bu xəstəliyə qurban gedən aktyor və aktrisalarımız olub. Maraqlıdır, bu xəstəliyin səhnəmizdən apardığı aktyorlarımız kimlərdir? İndi kimlər bu xəstəliklə birlikdə səhnədə oynayır?   Milli.Az axar.az-a istinadən bildirir ki, məşhur Azərbaycan sovet aktrisası, Azərbaycan SSR-ın əməkdar artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı, gözəl sənətkar Vəfa Fətullayeva gənc yaşında bu xəstəliyə düçar olub. Uzun müddət xərçənglə mübarizə aparan gözəl sənətkar 41 yaşında dünyasını dəyişib.   Azərbaycan kino rejissoru və aktyoru, ssenari müəllifi, Azərbaycanın əməkdar artisti, mərhum dəyərli sənətkar Şahmar Ələkbərov da xərçəng xəstəliyinə tutulan sənətkarlardandır. O, uzun müddət dil xərçəngindən əziyyət çəkib. Aktyor 1992-ci ildə 48 yaşında Bakıda vəfat edib.   Sovet və Azərbaycan kino və teatrının əvəzedilməz aktyoru, əməkdar artist Hamlet Qurbanov da uzun müddət xərçəng xəstəsi olub. Aktyor 1995-ci ildə, 55 yaşında xərçəng xəstəliyindən vəfat edib.   Əməkdar artist, Musiqili Teatrın aktrisası Xanım Qafarova uzun müddət süd vəzisi xərçəngindən əziyyət çəkib. O, 2014-cü il iyulun 11-də, 47 yaşında bu xəstəlik səbəbilə dünyasını dəyişib.   Gözəl aktrisamız, əməkdar artist Gülnar Salmanova da 2015-ci ildə uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib.   Lakin sevindirici haldır ki, zamanında bu xəstəliyə düçar olub, sonradan aldıqları müalicə və göstərdikləri əzm səbəbindən xərçəngə qalib gələn sənətçilərimiz də var.   Onlardan biri də əməkdar artist, sevilən aktrisa Kübra Əliyevadır. Kübra xanım uzun illər süd vəzisi xərçəngindən əziyyət çəkib. Ağır əməliyyatlar keçirən K.Əliyevanın müalicələri hazırda da davam edir. Aktrisa hətta müalicəsi zamanı saçlarını da tamamilə qırxdırmağa məcbur olmuşdu.   Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Hicran Nəsirova da süd vəzisi xərçəngindən əziyyət çəkib. Uzun illər əvvəl Moskvada ağır əməliyyat keçirən H.Nəsirova hazırda səhnədədir və sənət fəaliyyətini davam etdirir.   Əməkdar artist Kəmalə Müzəffər də xərçəng xəstəliyi ilə mübarizə aparan məşhurlardandır. Onun üz nahiyyəsində bazalioma (ən çox yayılan dəri xərçəngi) aşkarlanıb. Əməliyyat keçirən aktrisa, mütəmadi olaraq həkim müayinə və nəzarətindən keçir.   Əməkdar artist Coşqun Rəhimov da neçə illərdir qalxanabənzər vəzinin xərçəngi ilə mübarizə aparır. Aktyor üç dəfə əməliyyat olunub və hazırda vəziyyəti normaldır.

 


loading...