Baku.ws-in budəfəki, müsahibi repçi Anar Nağılbazdır.
Xəbərçi.az həmin müsahibəni təqdim edir:
-Yeni layihələriniz haqqında danışardınız...
-Aytənim mahnısına klip çəkildi və klipimizin təqdimatı keçirildi. Bu mahnı sevdiyim xanıma həsr olunub.
-Çəkildiyiniz film haqqında məlumat verərdiniz...
-"American Love" (Amirekan Sevgisi) adlı kiçik bir filmin çəlişi Amerikada baş tutacaq. Filim senarsi, musiqisi və sözləri mənə, rejisorluğu isə Süleyman Musazadəyə aiddir.
-Siz filmdə hansı obrazda rol alırsınız?
- Həyatda itmiş və səfil kimi yaşayan bir obrazdır.
-İlk qazandığınız pul nə qədər olub?
-Həcmi yadımda deyil amma normal olduğunu bilirəm. Çünki 1992-ci ildən ilk konsertlərimi verməyə başlamışdım. O dövr üçün çox normal idi.
-Bir müddət əvvəl soasial şəbəkədə iş axtarırdınız. Mədəniyyət evlərin birinin müavini idiniz. O iş necə oldu? Sizi çıxartdılar ya maaşı qane etmədi?
- Ümumiyyətlə mədəniyyət və tibb sahələrində maaşlar azdır, bu heç kimə sirr deyil.
-Son vaxtlar kəskin statuslarınız ilə seçilirsiniz. Bunu insanlar necə qəbul etsin. Aqresivliyinizə səbəb atanızın vəzifədən getmeyinə etirazdır?
- Sadəcə olaraq bir az xislətdən də irəli gəlir ki, hansısa bir işləri aşılamaq üçün, onları çatdırmaq üçün bu kəskinlik özü də bir rol oynayır.
-Gənclik illərinizdə bir sıra məşhur xanımlarla sevgi münasibətiniz vardı. Nə yaxşı həmin xanımlardan biri ilə ailə həyatı qurmadınız?
- Çox maraqlı sualdır. Bu barədə heç düşünməmişəm. Çünki ailə quracağım insanı bu sahədən görməmişəm və hsiss etməmişəm. Bəlkə də ona görə.
-Atanız rep deməyinizə razı olmayıb. Sonradan necə oldu?
- Ümumiyyətlə mənim heç bir konsertimə, televiziyadakı çıxışlarıma atam xoşlamaz baxmağı. Atam muğamdan başqa heç nə sevmir.
-Narkotikdən necə canınızı qurtardız?
- İstifadəçisi elə də olmamışam axı. Rəhmətlik Hüseyn Dərya və Elşad Xose tok-şouların birində çıxdılar dedilər ki, hər istifadə etmişik filan. Onlar artıq bizim sənət haqqında belə pis yaratdılar ki, bunların işi-peşəsi elə bundan ibarətdir.