Aparıcı Ülvira Qarayeva "Günə davam" verilişində rejissor Kənan MM-ə sərt sözlər deyib. Xəbərçi.az bildirir ki, rejissorla uzun illərdir dost olduğunu bildirən aparıcı xanım yaxınlığı bir kənara qoyub, "yaxşı dost sözü üzə deyər" atalar sözünə əməl edib:
"Kənan ailəcanlı insandır. Başa düşürəm onu, Aygün də çox yaxşı həyat yoldaşıdır. Amma Kənan elə kobud ifadələr, nalayiq sözlər işlədib ki, haqlı ikən haqsız duruma düşüb. Ayıbdır. Əgər sən tanınmış insansa, media da yazacaq, insanlar da... Kənan MM söyüşləri insanlara ünvanlayanda bilmir ki, cəmiyyətdə kimsə olacaq ki, ona oxşamaq istəyəcək. Əziz dostum, qardaşım Kənan MM film qaldı bir tərəfdə,indi də Kənanın sözləri müzakirə olunur. Bəlkə Kənana dostları heç nə demir, mən sənə yüz ilin dostu deyirəm ki, Çox pis hərəkət etdin, bu mədəniyyətsizlikdir.
Aygünü sən başqa cür qoruya bilərdin. Aygünə kimsə pis söz deyirsə, onun özünə aiddir. Dediyin o pis sözlər isə sənin özünə aiddir".
Xatırladaq ki, Kənan MM xanımının geyiminə zövqsüz deyən və xanımının köklüyündən yazan jurnalistləri çox biədəb sözlərlə təhqir edib.
ƏFRUZƏ AĞAYEVA