Xəbərçi.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:
SURƏ VƏ AYƏ NƏ DEMƏKDİR?
– Ayələrdən ibarət müəyyən bölmələrə surə deyilir. Quran, ayələri birləşdirən surələrdən ibarətdir. Hər surə bir bölmə kimidir. Quranı təşkil edən 114 bölmənin hər biri surə adlanır. Geniş şəkildə qəbul edilən ənənəvi düzülüşə əsasən, Quranda ilk surə “Fatihə”, son surə isə “Nas” surəsidir.
Ayə “dəlil”, “sənəd”, “ibrət”, “işarə”, “əlamət” və “açıq göstərici” kimi mənalara gəlir. Ayə Quranda Allahın varlığına, peyğəmbərlərin doğruluğuna işarə edən dəlil və möcüzə kimi mənalarda işlədildiyi kimi eyni zamanda Qurandakı surələri təşkil edən bir-birindən ayrı mətnlərin hər biri üçün istifadə edilən termindir.
Allah həm xarici dünyada, həm öz mənliklərimizdə, həm də vəhy kimi göndərdiyi buyuruqlarında bizi ayələrinə şahid etmiş, bu yolla Onu lazımınca tanıyıb başa düşməyimiz, eləcə də Ona qarşı yaratdıqları qarşısında vəzifə və məsuliyyətlərimizi öyrənməyimiz üçün bizə yol göstərib.
“Sən Ucasan. Bizə öyrətdiyindən başqa heç bir biliyimiz yoxdur. Həqiqətən sən hər şeyi ən yaxşı bilən, hər etdiyində mütləq bir hikməti olansan”. (“Bəqərə” surəsi, 32)