Bu gün Azərbaycanda Ramazan ayının sonuncu Qədr gecəsi (əhya) qeyd olunacaq.
XƏBƏRÇİ.AZ Qafqaz Müsəlmanları İdarəsinə istinadən xəbər verir ki, sonuncu Qədr gecəsi Ramazan ayının 26-cı gününə, yəni iyunun 11-dən 12-nə keçən gecəyə təsadüf edir.
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.