
Peyğəmbəri (s.ə.s) sevən şəxs onun yolunu da getməyi bacarmalıdır. XƏBƏRÇİ.AZ xəbər verir ki, bu gün müqəddəs Ramazan ayının 25-ci günüdür.
Ramazan ayının 25-ci gününün duası belədir:
"Allahumməc’əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə’daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin".
Tərcüməsi:
"İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qıl! Məni sonuncu Peyğəmbərinin sünnəsinə əməl edənlərdən et! Ey peyğəmbərlərin qəlbini qoruyan Allah!"
Bildirək ki, sabah iftar vaxtı saat 20:27, imsak vaxtı isə saat 03:19-a təsadüf edəcək.