Bu gecə Qədr gecəsidir

Bu gecə Qədr gecəsidir

Bu gün Azərbaycanda Ramazan ayının üçüncü  Qədr gecəsi (əhya) qeyd olunacaq.

XƏBƏRÇİ.AZ Qafqaz Müsəlmanları İdarəsinə istinadən xəbər verir ki, üçüncü  Qədr gecəsi Ramazan ayının 22-ci gününə, yəni iyunun 7-dən 8-nə  keçən gecəyə təsadüf edir.

Ramazan ayının sonuncu Qədr gecəsi Ramazan ayının 26-cı günü, yəni iyunun 11-dən 12-nə keçən gecəyə təsadüf edəcək.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.


loading...