Bu gün Azərbaycanda Ramazan ayının ikinci Qədr gecəsi (əhya) qeyd olunacaq.
XƏBƏRÇİ.AZ Qafqaz Müsəlmanları İdarəsinə istinadən xəbər verir ki, ikinci Qədr gecəsi Ramazan ayının 20-ci gününə, yəni iyunun 5-dən 6-na keçən gecəyə təsadüf edir.
Ramazan ayının üçüncü Qədr gecəsi 7-dən 8-nə keçən gecən qeyd olunacaq.
Ramazan ayının sonuncu Qədr gecəsi Ramazan ayının 26-cı günü, yəni iyunun 11-dən 12-nə keçən gecəyə təsadüf edəcək.
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.