Oruc tutanlar diqqət: cədvələ dəyişiklik edildi

Oruc tutanlar diqqət: cədvələ dəyişiklik edildi

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası tərəfindən təsdiq olunmuş mübarək Ramazan ayının təqvimində imsak vaxtı əvvəllər olduğu kimi sübh azanından 15 dəqiqə deyil, 5 dəqiqə əvvəl göstərilib. Bununla əlaqədar, Qafqaz Müsəlmanları İdarəsinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olur.

XƏBƏRÇİ.AZ QMİ-nin saytına istinadən xəbər verir ki, imsak vaxtının sübh namazından 5 dəqiqə əvvəl təyin edilmə qərarı hər iki məzhəb üləmalarının fikirləri əsas tutularaq qəbul olunub.

Oruc tutan qardaş və bacılarımızın nəzərinə çatdırırıq ki, imsak vaxtının sübh azanından bir qədər əvvəl olması oruc tutanların səhuru sübh azanından əvvəl bitirib namaza hazır olmaları üçündür. Builki Ramazan təqvimində belə bir dəyişiklik etmə qərarının başlıca məqsədi oruc tutanların rahatlığını daha yaxşı şəkildə təmin etməkdir.

İmsak vaxtı ilə sübh azan vaxtı arasındakı 5 dəqiqəlik müddətin son hədd olduğu bir daha önəmlə vurğulanır.


loading...