Ramazan ayı nə zaman başlayır ? - CAVAB

Ramazan ayı nə zaman başlayır ? - CAVAB Azərbaycanda müsəlmanların müqəddəs Ramazan ayının 1-i mayın 17-nə təsadüf edir.   XƏBƏRÇİ.AZ xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, bu, idarənin tərtib etdiyi təqvimdə əks olunub.   Təqvimə görə, Ramazan ayının son günü iyunun 14-ə təsadüf edir. Ramazan bayramı, Şəvval ayının 1-i və 2-si isə iyunun 15-16-a təsadüf edir.   Sabah QMİ-də Ramazan ayının başlanması ilə bağlı Qazilər Şurasının fətvası açıqlanacaq.
loading...