Bəs Aşura günü şeytan nədən peşman oldu?

Bəs Aşura günü şeytan nədən peşman oldu? Xəbərçi.az bildirir ki, ayətullah Seyyid Mühəmmədtəqi Müdərrisinin atası nəql edir: "61-ci Hicri ilinin Aşura gününün əsrində şeytanları gördülər ki, İblis onların ordusunun başında dayanıb üz və gözünə vurur. Sonra da ağlayır.   Onlara dedilər: "Bu gün sən gərək sevinəsən, bəs niyə pərişan və ağlarsan?".   İblis dedi: "Böyük bir səhv etmişəm və insanları vadar etmişəm ki, Hüseyni (ə) öldürsünlər". Dedilər: "Niyə? Məgər sən istəmirdin ki, zahirdə müsəlman olan bu insanlar cəhənnəmə getsin? Məgər cəhənnəmlik olmayıblar?". Dedi: "Niyə, olublar. Ancaq bu məsələdən qəflət etmişəm ki, bu işlə İlahi rəhmət qapısı insanların üzünə açılmışdır. Hər kəs öz üslubu ilə onun şəfaətindən bəhrələnir"".
loading...