İlahiyyatçı: "Yuxuda qəşəng qızla cinsi əlaqədə olmaq ..."

İlahiyyatçı: "Yuxuda qəşəng qızla cinsi əlaqədə olmaq ..."

"Elə oğlanlar var ki, yuxuda cinsi əlaqədə olur, elə bilir qızdır, amma, əslində, cindir".

Xəbərçi.az məlumat verir ki, bunu AMEA-nın əməkdaşı, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov teleqraf.com-a müsahibəsində deyib.
İlahiyyatçı qeyd edib ki, oğlanlar səhərə qədər qəşəng qızla cinsi əlaqədə olur. Ancaq islam alimləri bildirirlər ki, qadın cindir, kişi cinlər də qadınları aldada bilər.

“Buna görə yatanda yuxu zikrlərini, duaları oxumaq və Allaha sığlnmaq lazımdır. Ancaq fakültədə bizim bir türk ilahiyatçı müəllimiz var idi. O deyirdi ki, yuxuda qəşəng bir qızla cinsi əlaqədə olmaq Allahın subaylara olan rəhmətidir”, - deyə Əkrəm Həsənov bildirib.

O qeyd edib ki, cinlərin mövcudluğunu inkar edənlər çox olsa da, Allah-təala Quranda onlarla dost olmağa, onlarla cinsi əlaqəyə girməyə işarə edib.



“Elə insan var ki, səhərə qədər yuxuda qızla cinsi əlaqədə olur və elə hesab edir ki, bu yuxu həqiqətdir, ancaq sizin dediyiniz cin, şeytan qız cildində həmin adamı aldada bilər. Quranda Allah-təala bunlara işarə etmişdir. Xüsusi cin surəsi var. Allah tək insanlara yox, cinlərə də peyğəmbər göndərib”.

İlahiyyatçının sözlərinə görə, çevrəmiz cinlərlə doldurur: “Zibbilikdə, ayaqyolunda və xarabalıqlarda yaşayırlar. İnsan olan hər yerdə cinlər də var. Xüsusilə şəkil və musiqi olan evlərdə cinlər daha çox olur. Ona görə də evlərdə yemək-içməyin üzəri gecələr mütləq örtülməlidir. Bizlər buna məhəl qoymuruq. Su qabları da bağlı olmalıdır. Bəzən gecədən hər şeyin üstü açıq qalır. Səhər durub eləcə də yeyib-içirik. Müəyyən vaxtdan sonra da xəstəlik yaranır. Mikrob, toz-torpaq və s. Cin ən gözəgörünməz mikrobdur... Biz isə bilmirik bu xəstəliklər hardan yaranıb”.


loading...