Gürcüstanda daha 10 məscid müsəlman icmasına təhvil verilib

Gürcüstanda daha 10 məscid müsəlman icmasına təhvil verilib

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi daha 10 məscidi Gürcüstan Müsəlmanları İdarəsinə (GMİ) təhvil verib.

 

GMİ şeyxi Hacı Ramin İgidov açıqlamasında bildirib ki, həmin məscidlər Gürcüstanın qərbində yerləşir.

 

“Bununla idarənin səlahiyyətində olan məscidlərin sayı 160-a çatıb. Şərqi və qərbi Gürcüstanda 11 məscidin qeydiyyat məsələsi ilə bağlı problem qalmaqdadır. Onların qeydiyyat sənədləri olmadığına görə, kommunal xidmətlərlə təminat məsələsində çətinliklərlə üzləşir. Həmin məscidlərin qeydiyyat məsələsinin də həll olunacağı gözlənilir”, - deyə o söyləyib.

 

Qeyd edək ki, Gürcüstanda 320 məscid var. apa.az


loading...