Dörd əsas mələyin adları və vəzifələri nədir?

Dörd əsas mələyin adları və vəzifələri nədir?

Dörd əsas mələyin adları və vəzifələri nədir?

Xəbərçi.az bildirir ki, Allahın mələklərinin dəqiq sayı bilinmir. Mələklərin hamısı Allahın müəyyən əmrini yerinə yetirməklə məşğuldur. Lakin mələklərin içindən dördü xüsusi seçilib, bunlara “müqərrəbun”, yəni ilahi dərgaha yaxın edilmiş mələklər deyilir. Müqərrəbun mələklərə Quranda işarə edilsə də (Nisa, 172), onların adları həmin ayədə çəkilmir. Təfsirçilərə görə, müqərrəbun mələklərə dörd böyük mələk – Cəbrail, Mikail, İsrafil və Əzrail (ə), həmçinin, ərşi daşıyan mələklər aiddir. Adı çəkilən dörd mələ¬yin hər birinin öz vəzifəsi var. Məsələn, Cəbrail peyğəmbərlərə Allahın vəhyini çatdırır. Mikail Allahın əmri ilə kainatda baş verən bəzi prosesləri həyata keçirir. Məsələn, bəzi insanların ruzisini çatdırır, möminlərə döyüşdə kömək edir, təbiət hadisələrini həyata keçirir. İsrafilin vəzifəsi dünyanın sonunda Allahın əmri ilə əlindəki şeypura üfürüb, qiyamətin başlandığını xəbər verməkdir. Əzrail isə Allahın təyin etdiyi vaxt əcəli çatmış insanların canını alır.


loading...