Türkiyə və Rusiya arasında danışıqların əsas mövzusu Suriyada cari vəziyyətin müzakirəsi olacaq.
Xəbərçi.az trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfəri ərəfəsində deyib.
Dövlət başçısı səfəri çərçivəsində görüşlər zamanı regional, həmçinin energetika məsələlərinin müzakirə ediləcəyini bildirib:
"Türkiyə və Rusiya bütün sahələrdə münasibətləri möhkəmləndirmək niyyətindədirlər".
R.T.Ərdoğan vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya Prezidenti Vladimir Putinlə görüşünün gündəliyində ola bilər: "Bu məsələ Putinlə ikitərəfli görüşdə müzakirə edilə bilər".
Qeyd edək ki, Rusiya və Türkiyə liderləri Soçidə görüşəcəklər.