Sabiq nazir ikinci dəfə ifadə verəcək.
Noyabrın 10-da sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudov növbəti dəfə ifadə verməsi üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılacaq.
Xəbərçi.az aznews.az-a istinadən xəbər verir ki, onun barəsində həbs qərarının çıxarılması gözlənilir.
Qeyd edək ki, sabiq nazirin noyabrın 6-da da ifadəsi alınmış, Musavat.com saytı sabiq MTN rəhbərinin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən çıxarkən çəkilmiş fotolarını əldə etmişdi.