Xəbərçi.az bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev Hadi Musa oğlu Rəcəblinin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Hadi Rəcəbli Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.