Bu həftə əfv sərəncamı veriləcək

Bu həftə əfv sərəncamı veriləcək

“Prezident yanında Əfv Məsələləri Komissiyası keçən həftə iclaslarına yekun vurub. Yəqin ki, bu həftə ərzində əfv sərəncamı ölkə başçısı tərəfindən imzalanacaq”.

XƏBƏRÇİ.AZ bildirir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Komissiyanın üzvü Rəşad Məcid deyib. 

O xatırladıb ki, komissiyanın iclasları fevralda başlayıb, mayda yekunlaşıb: “Bu müddət ərzində 1500-ə yaxın müraciətə baxılıb. Ümumi rəy ondan ibarətdir ki, bu dəfə veriləcək əfv ən genişmiqyaslı sərəncam olacaq. Bu, amnistiyaya bərabər səviyyədə olan əfv sərəncamı olacaq. Artıq siyahı yekunlaşıb və tövsiyə xarakterli rəy ölkə başçısına təqdim olunacaq. Yəqin ki, bu həftə ərzində əfv sərəncamı imzalanacaq”.


loading...