Ermənistan mətbuatı Rusiya işğalına qarşı “əleyhqaz” axtarır

Ermənistan mətbuatı Rusiya işğalına qarşı “əleyhqaz” axtarır

Məxməri İnqilabın uğuru yalnız Serj Sarkisyanın istefası ilə məhdudlaşacaq, ancaq bu, ilk növbədə, hərəkatın nüfuzuna zərbə endirəcək. Sistemin seqmentlərindən birinin qələbəsi üçün görünməmiş ictimai enerji sərf olunacaq. Bu isə, öz növbəsində, məzmununa görə dövlətçilik üçün Serj Sarkisyanın getməsindən daha təhlükəlidir.

XƏBƏRÇİ.AZ oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat Ermənistan mətbuatında yayılıb.

"Ancaq problem kütləvi hərəkatın nüfuzundan daha prinsipialdır", - 1in.am yazır.   Erməni nəşri bildirib ki, hakimiyyətin "qaz istehsalçıları"na verilməsi Ermənistanın Rusiya tərəfindən "abxaziyalaşdırılmasına" assosiasiya olunur.

"Buna görə mayın 1-i Ermənistan tarixi üçün həyati əhəmiyyətli olacaq. Çünki Məxməri İnqilab iştirakçıları ölkəni işğaldan qorumaq üçün "əleyhqaz" tapmalıdırlar", - nəşr qeyd edib. 


loading...