Ərdoğan onun üçün öz təyyarəsində cərrah gətirtdi

Ərdoğan onun üçün öz təyyarəsində cərrah gətirtdi

Ankara Universitetinin İbn Sina xəstəxanasında müalicə alan Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, millət vəkili Dəniz Baykalın ölümü ilə bağlı xəbərlər yayılıb.

Xəbərçi.az musavat.com-a istinadən xəbər verir ki, 3-cü dəfə əməliyyat olunan Dəniz Baykalın beyin ölümü keçirdiyi bildirilib. Bununla bağlı Türkiyənin "Habertürk" qəzetinin yazarı Sevilay Yılmaz iddia irəli sürüb.

Varşavadan səfərdən dönən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dəniz Baykalın vəziyyətini öyrənmək üçün xəstəxanaya zəng edib. D.Baykalın vəziyyətinin yaxşı olmadığını öyrənən Türkiyə prezidenti dərhal məsələyə əl qoyub.

Ərdoğanın göstərişi ilə məşhur beyin cərrahı Türkiyə prezidentinin təyyarəsi ilə Ankaraya gətirilib. Məşhur cərrah ilə birlikdə Dəniz Baykalın əməliyyatına və müayinəsinə Türkiyənin Yedi Tepe Universitetinin şöbə müdiri də qatılıb. D.Baykalın beyin ölümünün hələ gerçəkləşmədiyini, onun vəziyyətini şəxsən izlədiyini deyən Uğur Türe sonuna qədər millət vəkilinin durumunu nəzarətdə saxlayacağını vurğulayıb.

 

Səhiyyə naziri də D.Baykalın durumu ilə bağlı çıxış edib: "Hazırda oyanmayıb. Dəniz Baykalın vəziyyəti tərəfimizdən ciddi şəkildə təqib edilir".


loading...