Suriya ərazisində antiterror əməliyyatı həyata keçirən Türkiyə Silahlı Qüvvələri Afrin şəhərini tamamilə nəzarət altına alaraq yaşayış məntəqəsini kürdlərin terrorçu PKK təşkilatının Suriyadakı bölmələri olaq YPG, YPJ və PYD qruplaşmalarından, habelə İŞİD mənsublarından azad edib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala zəfərinin 103-cü ildönümü münasibətilə keçirilən dövlət bayramı mərasimindəki çıxışı zamanı məlumat verib.
milli.az