Azərbaycanın dövlət başçısı Mali prezidentinə məktub göndərib

Azərbaycanın dövlət başçısı Mali prezidentinə məktub göndərib Azərbaycan prezidenti İlham Əliyev Mali Respublikasının prezidenti İbrahim Bubakar Keytanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib. Xəbərçi.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:   “Hörmətli cənab Prezident, Mali Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Mali əlaqələri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq genişlənəcək və inkişaf edəcək. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram”.

 


loading...