Prezident seçkiləri niyə apreldə keçirilir? - 2 VACİB SƏBƏB - Açıqlama

Prezident seçkiləri niyə apreldə keçirilir? - 2 VACİB SƏBƏB - Açıqlama

“Aprelin 11-də növbədənkənar prezidenti seçkilərinin keçirilməsində 2 mühüm səbəb görürəm”. 

Xəbərçi.az məlumat verir ki, bunu big.az-a açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

Prezident seçkiləri niyə apreldə keçirilir? - 2 VACİB SƏBƏB - Açıqlama

Politoloq qeyd edib ki, növbədənkənar prezident seçkilərinə gedilməsində məqsəd Dağlıq Qarabağ münaqişəsinə ediləcək neqativ təsirin qarşısını almaqdır: “Çünki bilirsiniz ki, Rusiyada prezident seçkiləri martın 18-də, Ermənistanda isə aprelin 9-da keçiriləcək. Azərbaycanda prezident seçkilərin 6-7 aydan sonra keçirilməsi onlara zəmin yaradacaq. Onlar bu müddət ərzində çalışacaqlar ki, Azərbaycanda bəzi qurupları aktivləşdirsinlər. Düşünürəm ki, cənab prezidentimiz bu neqativ halların qarşısını almaqdan ötrü bu addımı atdı. Növbdənkənar prezident seçkiləri aprel ayına salındı. Azərbaycanda prezident seçkiləri Ermənistandan da qabaq seçiləcək. Ermənistanda seçkilər aprelin 9-u keçirilsə də nəticələr 15-i bilinəcək”. 

Mübariz Əhmədoğlu onu da vurğulayıb ki, seçkilər oktyabrın 18-i keçirilsəydi kompaniyanın aktiv dövrü Məhərrəmlik ayına düşəcəkd: Bu il Aşuranın sentyabrın 21-nə düşəcəyi təxmin edilir. Məhərrəmlik ayı ilə bir yerdə prezident seçki kompaniyasının aparılmasına müəyyən qüvvələr təsir göstərə bilər. Ona görə də düşünürəm ki, prezident seçkilərinin vaxtının qabağa çəkilməsi düzgün addımdır”.


loading...