Sumqayıtda daha bir məmur işdən ÇIXARILDI

Sumqayıtda daha bir məmur işdən ÇIXARILDI Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsinin rəisi Seyfulla Əsədullayev tutduğu vəzifədən azad olunub.

Xəbərçi.az-ın olke.az-a istinadən verdiyi məlumata görə, Seyfulla Əsədullayevin fəaliyyətində ciddi nöqsanlara yol verdiyi deyilir. 

Hələlik onun yerinə təyinat yoxdur. 

Xatırladaq ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov da vəzifədən kənarlaşdırılıb.


loading...