Ölkəmizdə bir qayda olaraq dekabr ayının sonlarında əfv sərəncamı verilir. İnsanlar buna köklənib və gözləyirlər. Biz də əfv sərəncamının olacağını gözləyirik.
Xəbərçi.az məlumat verir ki, bunu azvision.az-a hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə deyib. Millət vəkili ilin sonunda əfvin olacağına ümid etdiyini deyib.
"Ümid edirəm ki, bu dəfə də cənab prezident çoxsaylı ailələri, insanları sevindirəcək. Biz bunu gözləyirik", - deputat vurğulayıb.
Qeyd edək ki, sonuncu dəfə bu ilin mart ayında Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Dövlət başçısının sərəncamı ilə 423 məhkum əfv edilib.