Eks həbsxana rəhbərinin oğlu RƏİS TƏYİN OLUNDU

Eks həbsxana rəhbərinin oğlu RƏİS TƏYİN OLUNDU Penitensiar Xidmətin Bakının Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olunub.   Xəbərçi.az report-a istinadən məlumat verir ki, 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Cəlil Əliyev vəzifəsindən azad olunaraq 3 saylı İstintaq Təcridxanasına rəis təyin edilib.   C.Əliyev keçmiş Bayıl Təcridxanasının rəisi Misir Əliyevin oğludur.   Xatırladaq ki, 3 saylı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov vəzifəsindən azad olunaraq Bakı İstintaq Təcridxanasının rəisi təyin edilib.

 


loading...