“ABŞ İŞİD-ə çoxlu dollar verib və onların ssenarisini bilirik” - Ərdoğan

“ABŞ İŞİD-ə çoxlu dollar verib və onların ssenarisini bilirik” - Ərdoğan

"İŞİD-ə çoxlu dollar vermisiniz".

Xəbərçi.az report-a istinadən məlumat verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatları sədrlərinin genişləndirlimiş toplantısında bildirib.

O qeyd edib ki, ortada çox sadə formada cavablandırılacaq suallar var: "Amma ABŞ bununla dalan dirənib. Raqqa, Mümbiç, Deyirzor bu məsələlərə daxildir. Dedik ki, gəlin, bu işləri birlikdə həll edək. Narahat olmayın demələrinə, ABŞ-ın keçmiş prezidenti Barak Obmanın dəfələrlə söz verməsinə baxmayaraq, verdikləri vədə əməl etmədilər. YPG-nin (terrorçu PKK-nın Suriyadakı qolu - "Report") terror təşkilatı olduğunu söylədik. Dedilər ki, artıq onlarla deyil SDG (YPG və PYD-dən ibarət Suriya Demokratik Gücləri - "Report") ilə əməkdaşlıq edirik. Vətəndaşım məndən İŞİD-ə qarşı mübarizəni soruşur. Siz nə etdiniz? Siz 12 min kilometr uzaqlıqdan Suriyaya niyə gəlmisiniz? Adama bu sual verilməzmi? İŞİD-ə çoxlu dollar vermisiniz. Mənim hərbçilərim Azad Suriya Ordusu ilə birlikdə qəhrəmanca mübarizə apardı, 2 min kv. km-lik ərazinin İŞİD-dən təmizlədi".

 

Türkiyə prezidenti deyib ki, əvvəllər də kimin harada nə etdiyi haqqında geniş məlumata malik olublar: "ABŞ-ın bu qruplaşmalar vasitəsilə həyata keçirmək istədiyi ssenarini bilirik. İttifaq başqa bir şey, müttəfiqliyə sığmayacaq hərkətləri etmək də tam başqa bir məsələdir. Biz Afrində ABŞ-la brigə hərəkət etməyəcəyik. ABŞ həmişə razılaşmaları pozur". 


loading...