Şahmatçılarımızın qələbəsi ilə bağlı sərəncam - 1 milyon ayrıldı

Şahmatçılarımızın qələbəsi ilə bağlı sərəncam - 1 milyon ayrıldı

Prezident İlham Əliyev Azərbaycan şahmatçılarının Avropa komanda çempionatında qalib olması haqqında sərəncam imzalayıb. 

Xəbərçi.az  azərtac-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycanın kişi şahmatçılardan ibarət yığması Yunanıstanın Krit adasında keçirilən şahmat üzrə Avropa komanda çempionatında ölkəni layiqincə təmsil edərək qələbə qazanmışdır. Komandamızın üçqat Avropa çempionu olmasını və Azərbaycan şahmatının inkişafındakı xidmətlərini nəzərə alaraq, Azərbaycan Şahmat Federasiyasına Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,0 (bir) milyon manat ayrılsın". 

 


loading...