Muzdlu işçilər yanvarın 1-dən gəlir vergisindən azad olunur

Muzdlu işçilər yanvarın 1-dən gəlir vergisindən azad olunur

Azərbaycanda 1 yanvar 2019-cu ildən etibarən Vergi məcəlləsinə edilən yeni düzəlişlər qüvvəyə minir.

Belə ki, 1 yanvar 2019-cu il tarixdən etibarən Azərbaycanda özəl sektorda (neft-qaz sektoru istisna olunmaqla) çalışan muzdlu işçilər yeddi il müddətinə gəlir vergisi ödəməkdən azad olunurlar.

Xeberci.az xəbər verir ki, bu, Azərbaycanın prezidenti İlham Əliyevin təsdiqi əsasında vergi məcəlləsinə edilən düzəlişlərdə nəzərdə tutulur.

1 yanvar 2019-cu ildən etibarən yeddi il müddətinə qeyri-neft-qaz və fərdi sektorlarda çalışan muzdlu işçilərin əməkhaqlarından gəlir vergisinə 100 faiz güzəşt edilməsi planlaşdırılır.

Vergidən azad olunma aylıq gəliri səkkiz min manat olanlara şamil edilir. Əgər aylıq gəlir səkkiz min manatdan çox olarsa, gəlir vergisinin həcmi 14 faiz təşkil edəcək.

Hazırda aylıq gəlir 2500 manata qədər olduğu halda, gəlir vergisinin həcmi 14 faiz təşkil edir. 2500 manatdan yüksək olan gəlir üçün isə vergi həcmi 25 faiz + 350 manatdır.

Qeyd edək ki, Vergi məcəlləsinə edilən dəyişikliklər yeni güzəştləri və vergidən azad olunmaları nəzərdə tutur. Bundan əlavə, vergi bazasının genişləndirilməsi, yeni nəsil kassa aparatlarının tətbiqi, vergi idarəçiliyinin təkmilləşdirilməsi və digər tədbirlər də nəzərdə tutulur


loading...