FHN və DSX işçiləri sevindi. Azərbaycanda prezident maaş artımı ilə bağlı yeni sərəncam imzalayıb.
Xeberci.az-ın məlumatına görə, dövlət başçısı bu dəfə Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərini, o cümlədən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərini sevindirib.
İlham Əliyevin imzaladığı sərəncamda adıçəkilən qurumların işçilərinin aylıq vəzifə (tarif) maaşlarının orta hesabla 10 faiz artırılması nəzərdə tutulub. Artım martın 1-dən hesablanacaq.