Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri ilə bağlı verilən ziyafətdə türk dilində mahnı oxuyub. Xəbərçi.az bildirir ki, nazir R.T.Ərdoğanın oturduğu masaya yaxınlaşaraq “Osman Aga” mahnısını oxuyub.
Qeyd edək ki, daha əvvəl İ.Daçiç İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattini üçün də “O Sole Mio” mahnısını oxumuşdu.