Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev F.Ə.Məmmədovun Azərbaycan Respublikasının vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Fazil Əsəd oğlu Məmmədov Azərbaycan Respublikasının vergilər naziri vəzifəsindən azad edilsin".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev M.Ç.Cabbarovun Azərbaycan Respublikasının təhsil naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının təhsil naziri vəzifəsindən azad edilsin".