Ordunun ən yaxşı mühəndis-istehkam manqası müəyyənləşdirilir

Ordunun ən yaxşı mühəndis-istehkam manqası müəyyənləşdirilir

2018-ci il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun hərbi birliklərindən birində “Ən yaxşı mühəndis-istehkam manqası” adı uğrunda yarış keçirilib.

Bu barədə XƏBƏRÇİ.AZ-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  

Mürəkkəb əməliyyat şəraitində hərbi əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi məqsədilə təşkil olunan yarış xüsusi təchiz edilmiş təlim poliqonunda keçirilib.   Yarış zamanı şəxsi heyət mühəndis təminatı üzrə tapşırıqları icra edib.  

Yekun nəticələrə görə qaliblər müəyyən edilib və mükafatlandırılıb.


loading...