Afrin FƏTH EDİLDİ - "Zeytun budağı"nda SON 7 KİLOMETR - VİDEO

Afrin FƏTH EDİLDİ - "Zeytun budağı"nda SON 7 KİLOMETR - VİDEO

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” hərəkatı 48-ci gününə qədəm qoyub. 

Xeberci.az xəbər verir ki, hərəkat çərçivəsində 3055 PYD/YPG/PKK və İŞİD terrorçusu zərərsizləşdirilib.

Hərəkatın 47-ci günündə “mehmetçik” və ASO PYD-nin Afrindən öncəki son böyük kəndi olan Kafr Cənnəni və Maçaleni ələ keçirib. Afrin şəhərinin mərkəzinə sadəcə 7 km qalıb. TSQ hava şəraitinin əlverişli olmasından istifadə edərək hərəkatı Cinderes bölgəsinə doğru süətləndirib və bölgəni fasiləsiz bombardman edir. Kafr Cənnə və PYD/PKK-nın şərq qanadındakı əhəmiyyətli müdafiə xətlərindən biri olduğu və Afrinə şimal-şərqdən açılan yola nəzarət etmək üçün strateji nöqtədir. TSQ və ASO Raco bölgəsindən Afrinə doğru irəliləyərkən mağarada pusqu quran terrorçuları təsbit edib və tank atəşləri ilə zərərsizləşdirib. Hərəkat çərçivəsində Cinderesə bağlı Tall Hamu kəndi ilə bölgənin şimal-şərqindəki Şəran bölgəsinə bağlı Matinli kəndi terrorçuların əlindən alınıb. TSQ nəzarəti ələ keçirdiyi bölgələrdə qoyulan partlayıcı maddələri zərərsizləşdirmək üçün əməliyyata start verib.

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu hərəkatın başlanğıcından etibarən YPG/PKK-İŞİD terror təşkilatlarının işğalı altında olan Afrində 4-ü mərkəz, 122 kənd, 30 kritik nöqtə olmaqla, 156 bölgənin nəzarətini ələ keçirib. Bununla yanaşı, Azez bölgəsindəki terrorçulara qarşı başlanan hərəkat davam edir. Xüsusilə, Azezin 5-6 km uzağında yerləşən Təl-Rıfat son dərəcə strateji önəm qazanıb. Çünki terrorçular bu bölgədən keçərək Afrinin mərkəzində sığınmağı düşünürdülər.


loading...