Azərbaycan ordusu cəbhəboyu zonada yerləşən müxtəlif poliqonlarda döyüş atışı icra edib.
	
	Xəbərçi.az bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən baku.ws-ə verilən məlumata görə, atışlar komanda-qərargah hərb oyunları çərçivəsində yerinə yetirilib. 
	
	Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 16-da qoşunların əməliyyat hazırlığı çərçivəsində komanda-qərargah hərb oyunları (KQHO) başlayıb.
	
	Cəbhəboyu zonada yerləşən müxtəlif poliqonlarda döyüş atışının videosunu təqdim edirik.
            
