2 azərbaycanlı gənc - Həzrət və İbrahim Türkiyənin TV8 kanalında yayımlanan “Yetənək sizsiniz” yarışmasına qatılıblar.
Xəbərçi.az bildirir ki, gənclər proqramda kub oyunu nümayiş etdiriblər.
Onların ilk şouları münsiflər tərəfindən bəyənilməyib. Lakin ruh yüksəkliyi ilə davam edən iştirakçılar növbəti şouları ilə hamını heyran qoyublar
Münsiflərdən Acun İlıcalı, Hülya Avşar və Ali Tarhan, Həzrət və İbrahimə “hə” deyərək növbəti mərhələyə keçiriblər.