"Bizim üçün hədsiz ... " - Leyla Əliyeva keçmiş qaynatasını təbrik etdi

"Bizim üçün hədsiz ... " - Leyla Əliyeva keçmiş qaynatasını təbrik etdi

"Baku" jurnalının baş redaktoru Leyla Əliyeva keçmiş qaynatası olan biznesmen Araz Ağalarovu ad günü münasibətilə təbrik edib.

Xəbərçi.az bildirir ki, Leyla Əliyeva keçmiş qaynatası Araz Ağalarov, eks həyat yoldaşı Emin Ağalarov və uşaqları ilə fotolarını sosial şəbəkədə paylaşaraq belə qeyd edib: "Ad gününüz mübarək, hörmətli Araz Ağalarov. Sizə möhkəm can sağlığı, yeni, böyük miqyaslı lahiyələr və bütün cəhdlərinizdə uğur arzu edirəm! Sizin həyata, işə və ailəyə olan münasibətiniz bizim üçün hədsiz ruhlandırıcı örnəkdir".

Qeyd edək ki, Araz Ağalarov 1955-ci il noyabrın 8-də Bakıda anadan olub. Onun bu gün 62 yaşı tamam olur.


loading...