Telman İsmayılovun 1,4 milyardlıq otelində 1000 işçi çıxdı, su və işıq kəsildi - VİDEO

Telman İsmayılovun 1,4 milyardlıq otelində 1000 işçi çıxdı, su və işıq kəsildi - VİDEO

Antaliyada 1,4 milyard dollara tikilən, azərbaycanlı milyarder Telman İsmayılova məxsus "Mardan Palace Otel"də borc səbəbiylə yaşanan problemlər böyüyür. Xəbərçi.az baku.ws-yə istinadən məlumat verir ki, avqustun ilk həftəsində rezervasiyanı dayandıran 5 ulduzlu otelin suyunu kəsmişdilər. Bu dəfə isə otelin elektrik verilişi də dayandırılıb. 

Antaliyanın Aksu bölgəsində yerləşən otelin 2009-ci ildə açılışına Şeron Ston, Riçard Gir, Paris Hilton, Maray Keri və Monika Belluççi kimi ulduzlar iştirak edib. Oktyabr ayının əvvəlində Antalya Su və Atıksu İdarəsi (ASAT) qarşılıqlı razılaşmalar və məhkəmə qərarı ilə təxirə salınan təxminən 2 milyon lirə borca görə su təchizatını dayandırıb. Artıq vəziyyət o həddə çatıb ki, eletrik enerjisi də dayandırılıb və faktiki olaraq otel fəaliyyətini dayandırıb. 

Oteldə təxminən 1000-ə yaxın işçi çalışırdı. Ancaq maddi problemlər səbəbindən bütün işçilər oteli tərk edib. İşçilərin 4- 5 aylıq maaşlarının da verilmədiyi bildirilir.


loading...