"Yer üzünün" ən gözəl qızı bəlli oldu

"Yer üzünün" ən gözəl qızı bəlli oldu

“Miss Earth” gözəllik yarışmasının builki qalibinin adı bəlli olub. Xəbərçi.az türk mətbuatına istinadən bildirir ki, filippinli iştirakçı Karen İbasko “Yer üzünün gözəli” seçilib. Filippinin Pasay şəhərində “Mall of Asia Arena”da təşkil edilən müsabiqədə Karenə tacı ötən ilin birincisi, ekvadorlu Katerina Espin təqdim edib. 

Qeyd edək ki, yarışmada “Miss Earth Air” avstraliyalı Nina Robertson, “Miss Earth Fire” rusiyalı Lada Akimova, “Miss Earth Water” kolumbiyalı Culiana Franko olub.


loading...