2019-cu ildə Azərbaycanda Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına adlarla bağlı 50-yə yaxın müraciət daxil olub.
Xeberci.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Komissiyanın sədr müavini, professor Sayalı Sadıqova bildirib.
Onun sözlərinə görə, bəzi adların uşaqlara qoyulması ilə bağlı müraciətlərə mənfi cavab verilib:
“Bu il valideynlər bizim quruma yeni doğulan uşaqlarına Rozef, Arenda, Təkər, Mirasoel və Cahardəst adlarının qoyulması üçün müraciət ediblər. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri adların qoyulması və ya dəyişdirilməsi ilə bağlı edilən müraciətlərə mənfi cavab verib”.
Sayalı Sadıqova bildirib ki, valideynlər uşaqlarına maşın adları da qoymaq istəyib:
“Maşınla bağlı cizgi filmin qəhrəmanı olan Makvin, maşın markası Lada adlarını qoymaq istəyənlər də olub”.