Britaniyanın "This Morning" verilişinin aparıcısı Amanda Holden efirdə yerə düşən qaymağı yediyi üçün internet istifadəçiləri tərəfindən tənqid olunub. Xəbərçi.az Lenta.ru-ya istinadən bildirir ki, Holden həmkarı və aşbaz ilə tort hazırlayıb. Qaymağın dadına baxmaq istəyən aparıcı yerə düşən şirnini götürərək yeyib. “Bu xoş deyil”, - deyə onun həmkarı bildirib.
Tamaşaçılar xanımın hərəkətini birmənalı qarşılamayıb. Onlar aparıcını pis vərdişlərinə görə qınayıblar və heç vaxt onun iştirak etdiyi verilişlərə baxmayacaqlarını bildiriblər.