Televiziyada irqçi şou - Müsəlmanlar təhqir olundu - VİDEO

Televiziyada irqçi şou - Müsəlmanlar təhqir olundu - VİDEO

İngiltərədə yayımlanan “My Week as a Muslim” (Müsəlman kimi keçirtdiyim bir həftə) adlı televiziya verilişi qalmaqala səbəb olub. Xəbərçi.az yenicag.az-a istinadən  bildirir ki, “Chanel 4” telekanalında yayımlanan verilişin iştirakçıları bir həftə ərzində müsəlman kimi yaşamalıdırlar. Məqsəd isə guya müsəlmanları daha yaxşı başa düşməkdir. Lakin proqram tam əksinə, yəni irqçi şouya dönüb.

Verilişin əsas qəhrəmanı Kati Freman adlı qadın sənədli film üçün protez burun taxıb və üzünü boyamaqla pakistanlı qadına “çevrilib”. Prodüserlərin fikrincə, beləcə müsəlmanlara qarşı stereotipləri olan Kati İngiltərədə müsəlman olmağın nə demək olduğunu anlayacaq.

Bu cür ucuz reytinqə əl atan veriliş ölkənin bir çox nüfuzlu media qurumu tərəfindən tənqid atəşinə tutulub.

“Guardian” qəzeti verilişi “gülünc” adlandırıb. İngiltərənin digər ən çox oxunan qəzeti “The Times” isə bu cür bəsit əməllərə əl atmaqdansa, müsəlman qadınların problemlərini onların özlərindən soruşmağın daha düzgün olduğunu yazıb.

“BBC” də yayımlanan yazıda isə müsəlmanlığın bir irq olmadığı vurğulanıb və qadının üzünün boyanması məntiqsiz addım kimi qiymətləndirilib.


loading...