Ana öz uşağını internet vasitəsi ilə satışa çıxarıb. Xəbərçi.az xarici mətbuata istinadən bildirir ki, inanılmaz hadisə ABŞ-ın Mississippi ştatında baş verib.
İxtisasca jurnalist olan Alex Mcdaniel internetdə satışa çıxardığı 3 yaşlı uşağına 12 dollar qiymət qoyub.
Xəbəri görən biri Uşaq Sığınacağı Mərkəzinə zəng vurub. O, Alex McDanielin uşağının internetdə satışa çıxardığı barədə məlumat verib. Qurumun əməkdaşları tərəfindən saxlanılan gənc ana ifadəsində gülümsəyərək zarafat etdiyini bildirib. Məlumata görə, qadın ruhi xəstədir. Mərkəz ana və uşaq bir müddət nəzarət altında saxlayacaq.