Dünyanın məşhur modelləri daim formada qalmaq üçün bir çox üsullara ət atırlar.
Xeberci.az "ölkə.az"-a istinadən bildirir ki, bəzi məşhur modellər isə əslində formada qalmaq üçün heç bir əziyyət çəkmirlər. Siyahını və gözəllərin sirlərini oxucularımıza təqdim edirik.
1. Bella Hadid
İncə beli və uzun ayaqları ilə məşhur olan Bella kartof qızartması, pendir və ketçupdan gündəlik istifadə etdiyini bildirib. Bir çoxları bunun həqiqəti əks etdirmədiyini düşünsə də, əslində Bella istədiyi vaxt istədiyi yeməyi, günün istənilən saatında yeyib kökəlməyən insanlardandır.
2. Cici Hadid
İştirak etdiyi bir verilişdə Cici qeyd edib ki, hər həftə mütləq hamburqer qəbul edir.
3. Kara Delevin
Digər modellərdən fərqli olaraq Karanın iş qrafiki gərgin olduğu üçün fast food yeməklərinə üstünlük verir. Delevin bildirir ki, istədiyi yeməyi yesə də, idmanla məşğul olmağı əsla unutmur.
4. Miranda Kerr
Gözəl model daim pəhrizdə olduğunu bildirir. Amma bununla belə, heç vaxt ac qalmır. Səhərlər yuxudan duran kimi bir stəkan limonlu su içən Miranda əsasən salat və qızardılmış balıq yeyir.
5. Haydi Klum
4 uşaq anası, 45 yaşlı Haydi kafe və restoranlarda çox yemək yemədiyini, yeməklərini əsasən evdə bişirdiyini deyir. Gözəl model axşam yeməyini 18:00-da yeyir və sonra isə heç bir qida qəbul etmir.
6. Jozefin Skriver
25 yaşlı model Jozefin yalnız "müalicə günləri" adlandırdığı günlərdə hamburqer, pizza və şokolad qəbul edir. Səhər idmanlarına xüsusi diqqət ayıran Skriver yaxşı səhər qəhvəaltısı ilə günə başlayır.
7. Alessandra Ambrosio
Gözəl Alessandra müntəzəm olaraq yaşıl çay içir. O, bunun yağları yandırıb metabolizmanı stabilləşdirdiyinə inanır. Səhər yeməyinə yumurta və avokado tostu ilə başlayan Abrosio sonrakı saatlarda tərəvəzli "smootie", günorta və axşam yeməklərində isə suşi və ya toyuq yeyir.
8. Rozi Hantinqton Uaytli
Rozi 80/20 qaydasını tətbiq edir. O, 80% sağlam qidalanır və 20 faiz də qeyri-sağlam qida qəbul edir. Məşhur model şəkər və spirtli içki qəbul etmir.