İstanbulun mərkəzində yaşlı bir adamın etdiyi fırıldaqçılıq görənləri təəccübləndirib. Xəbərçi.az milliyet-ə istinadən bildirir ki, iddiaya görə, yaşlı kişi 18-20 yaşlarında oğlan uşaqlarına yaxınlaşıb, onlara xoşagələn sözlər dedikdən sonra pul qarşılığında görüşmək təklifi edir.
Bir neçə dəfə gənclərə yaxınlaşaraq danışmağa çalışması kameralara da düşüb. Yaxınlaşdığı gənclərdən biri yaşlı kişinin ona pul qarşılığında görüşmək təklifi etdiyini etiraf edib:
"Mənə ağılasığmaz sözlər dedi. "Çox yaraşıqlısan, şirinsən" dedi. Hər görüş üçün 50-100 lirə təklif etdi. Ona "mən elə birinə bənzəyirəm?" dedim. Ondan sonra mobil telefonumu istədi. Mən də verməyincə getdi".
Polislər şübhəli qocanı saxlamaq üçün əməliyyata başlayıb.