Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin gənclər təşkilatının təşkil etdiyi tədbirə qatılmaq üçün İstanbulda Küçükçekmeceyə gəlib. Xəbərçi.az bu barədə "Eurasia Diary"yə istinadən məlumat verir. Tədbirin təşkil edildiyi qərargaha yaxınlaşan Ərdoğanı qarşı tərəfdəki bina sakinləri Yücel və Gönül Taşdemir cütlüyü evin eyvanından çay içməyə çağırıblar.
Dəvəti rədd etməyən Ərdoğan Taşdemirlər ailəsinin qonağı olub. Burada çay içən Ərdoğan daha sonra binadakı başqa bir mənzildə də qonaq olub.