"Bədrlənmiş Mars" adlandırılan təbiət hadisəsi baş verəcək

"Bədrlənmiş Mars" adlandırılan təbiət hadisəsi baş verəcək

İyulun 27-də nadir astronomik hadisələrdən hesab edilən Ay tutulması və "bədrlənmiş Mars" adlandırılan təbiət hadisəsi baş verəcək.

Azərbaycan Milli Elmlər Akademiyasından  verilən məlumata görə, 15 il ərzində ilk dəfə olaraq Yer kürəsinə maksimal məsafədə (55,7 mln. km) yaxınlaşacaq Mars planetinin üzərində astronomik müşahidələr aparmaq üçün əlverişli şərait yaranacaq.

Mars və Yerin növbəti yaxınlaşmasının 2035-ci ilin sentyabr ayının 15-nə təsadüf etməsi gözlənilir. Bu il isə bu yaxınlaşma Ay tutulmasıyla tam üst-üstə düşür. 1 saat 44 dəqiqə davam edəcək bu təbiət fenomeni 100 ilin ən uzunmüddətli Ay tutulması olacaq. 


loading...