Söyüş söyən insanlar daha dürüst olurlar – ARAŞDIRMA

Söyüş söyən insanlar daha dürüst olurlar – ARAŞDIRMA Hollandiyada aparılan araşdırma zamanı söyüş söyən insanların daha dürüst olduqları ortaya çıxıb.   Elm adamları 276 nəfər üzərində bir araşdırma apararaq onların necə söyüş söydüklərini müəyyənləşdiriblər. İştirakçılara ən çox işlətdikləri söyüşləri yazmaq tələb olunub.   Dürüstlük səviyyələrinin və yalan deməyə nə qədər meylli olduqlarının ölçülməsi üçün psixoloji bir anket də dolduran iştirakçılardan daha az yalan söyləyənlərin daha çox söyüş yazdığı müəyyən edilib.   Qeyd edək ki, araşdırmaçılar “Söyüş  və dürüstlük arasındakı əlaqəni araşdırarkən söyüşdən istifadə edənlərin  daha çox dürüst olduqlarını öyrəndik” deyə açıqlama verblər.
loading...