"Mardan Palace" otel şəbəkəsinin sahibi, məşhur iş adamı Telman İsmayılovun oğlu Sərxan İsmayılova məxsus "Rolls - Royce" marka avtomobilə həbs qoyulmuşdu.
Xəbərçi.az baku.ws-yə istinadən xəbər verir ki, 2 milyon türk lirəsi qiyməti olan avtomobil borc ödənmədiyi üçün hərraca çıxarıalaraq satılacaq.
Otel açılışında Monika Belluçi, Şakira və Paris Hilton kimi məşhurların mindiyi "Rolls-Royce" marka avtomobil üçün bir şirkət iddia qaldırıb. 465 min lirəlik borcu almaq istəyən şirkət bahalı avtomobil üçün həbs qərarı çıxartdırıb. Ancaq 15 gün keçməsinə baxmayaraq borc ödənməyib. İcra bundan sonra avtomobilin satışını təşkil edəcək.
Otelin avtoparkında olan avtomobil dövlət məmurları tərəfindən götürülüb və Antaliyanın Muratpaşa bölgəsindəki bir əraziyə aparılıb.